Azərbaycanda infrastrukturun inkişafına verdiyimiz töhfə

Azərbaycanda infrastrukturun inkişafına verdiyimiz töhfə

14 may 2015 0000

Niyaməddin Nağıyev, “AzVirt” inşaat şirkətinin mühəndisi

- Təxminən 20 il ərzində “AzVirt” şirkəti Azərbaycan infrastrukturunun inkişafına böyük töhfə verərək, gördüyü işlərin yüksək keyfiyyəti və etibarlılığı ilə fərqlənir. Şirkət yolların tikintisi və təmiri prosesində qabaqcıl texnologiyalardan istifadə edir, yolların çəkilişi zamanı (əvvəlcədən sınaqdan keçirilən) yeni materialların hazırlanması üçün daim elmi araşdırmalar və laboratoriya təcrübələri aparır.

Şirkət bu günə kimi Bakı, Lənkəran, Gəncə və Zaqatalada regional avtomobil magistrallar, yeraltı piyada keçidləri, körpülər, perronlar və hava limanlarında uçuş-eniş zolaqlarının tikintisi və yenidən qurulması üzrə layihələri reallaşdırmışdır.

Bizim şirkət demək olar ki, hər il Road&Traffic sərgisində iştirak edir. Bu dəfə isə ziyarətçilər bizim stendimizdə reallaşdırılmış və carı layihələrlə tanış ola bilərlər.

İlk növbədə, bu layihələr Bakıdakı yeni Olimpiya stadionu və Su İdmanı Sarayının ətrafındakı infrastruktur tikintisi ilə əlaqədardır. Şirkətimizin Serbiya, Rumıniya, Latviya kimi ölkələrdə də filialları var. Belə ki, biz Serbiyada Belqrad-Cənubi Adriatik avtomobil magistralı (Serbiya və Çernoqoriyanın, eləcə də Belqrad və yaxınlıqdakı əraziləri Cənubi Adriatiklə birləşdirən ən qısa yol) çərçivəsində Belqrad-Juzni-Jadran yolunun tikintisini həyata keçiririk.

Şirkətimizə ildən-ilə öz həmkarlarımız və tərəfdaşlarımızla görüşmək, yol-inşaat sənayesinin problemlərini müzakirə etmək, eləcə də yeni məhsulları nümayiş etdirmək və müqavilələr imzalamaq üçün unikal imkanlar yaradan Road&Traffic sərgisinin mühüm  əhəmiyyətini qeyd etməliyəm.

 

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN