“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı - Böyük Kəsik yolunun əsaslı təmirini həyata keçirməyi davam edir.
ADY-nın məlumatına əsasən, bu gündən etibarən dəmir yolunun Alabaşlı stansiyasında 11 kilometr sahəsinin, Soyuq Bulaq və Gəncə-Alabaşlı sahəsinin əsaslı təmiri başlanıb.
“Həmin sahənin təmiri 10 gün davam edəcək”, - ADY-nın məlumatında belə deyilir.
14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.
Bu günə kimi 2-ci mərhələ çərçivəsində 458 km dəmir yolu əsaslı təmir olunub.