Azərbaycan və Moldova avtomobil daşımaları üzrə sənəd imzalayıblar

Azərbaycan və Moldova avtomobil daşımaları üzrə sənəd imzalayıblar

8 oktyabr 2015 0000

Azərbaycan və Moldova avtomobil daşımaları üzrə sənəd imzalayıblar.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün beynəlxalq avtomobil daşımalarına icazələrin mübadiləsi və digər məsələlərlə bağlı beynəlxalq avtomobil daşımaları üzrə Azərbaycan-Moldova Qarışıq komissiyasının protokolu imzalanıb.

Protokolu Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev və Moldova Avtomobil Agentliyinin Beynəlxalq Əlaqələr Xidmətinin rəisi imzalayıblar.

Sənəddə beynəlxalq avtomobil əlaqələrinin vəziyyəti, perspektivlər və onun inkişafı, yükdaşıma sahəsində icazə vərəqələrinin istifadəsi öz əksini tapıb.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN