Yekaterina Uşakova, Yaroslavl diyarının İxrac Mərkəzinin mütəxəssisi
- Yaroslavl Diyarını təmsil edən üç təşkilatın təqdim edildiyi stendin təşkilatçısı Yaroslavl Diyarının İxrac Mərkəzidir. Stendimizdə yol-tikinti kommunal texnikaların istehsalçısı olan “Yol maşınları” zavodu; yol tikintisi üçün müxtəlif məhsullar təklif edən “Protekt” şirkəti; “Romanovskie kraski” lak-boya müəssisəsinin fəaliyyəti və məhsulları ilə tanış ola bilərsiniz.
Biz Azərbaycanda keçirilən sərgidə debüt edirik. Biz gələcək müqavilələr üzrə işimizi səmərəli təşkil etmək məqsədi ilə Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək niyyətindəyik. Birbaşa bizimlə işləmək istəyən potensial müştəriləri, Yaroslavl müəssisələrində məhsullarını yerli bazarda təmsil edə biləcək dilerləri, eləcə də bizimlə əməkdaşlıq yollarını müzakirə etmək istəyən bütün maraqlı təşkilatların nümayəndələrini stendimizdə görmək istərdik. Azərbaycan bazarı bizim üçün son dərəcə maraqlıdır. Sərginin ilk iş günü çox fəal başlayıb, stendimizə artıq çoxlu ziyarətçi baş çəkib və şirkətlərin nümayəndələri maraqlı tərəflər ilə danışıqlar və görüşlər keçirir. Buna görə də səmərəli nəticələr əldə edəcəyimizə inanırıq.