İbrahim Uzunoğlu, “Azer-Türk Yolbinatikinti” MMC şirkətinin Vitse-prezidenti
- Şirkətimiz 2008-ci ildə Azərbaycanda təsis olunub və yol nişanları, yol hərəkətinin təşkili üçün texniki vasitələr, eləcə də yol və tunellərdə təhlükəsizlik vasitələrinin istehsalı və texniki xidməti ilə məşğuldur. Bütün istehsal fəaliyyəti Türkiyədə həyata keçirilir və müasir materiallar və texnologiyalardan istifadə etməklə, mahiyyət etibarilə yeni texnoloji bazaya əsaslanır.
Sərgidə təqdim olunan məhsullar metal, plastik, adi və işıq əks etdirən plyonka və digər materiallar üzərində düzəldilir. Bunlar yeni nəsil işıqforlar, günəş batareyası və işıq diodlu (LED) lövhələr üzərində işləyən yol işarələri, yol hərəkəti nişanları və işıq indikatorlu piyada keçidləri, avtomobil yollarında abadlaşdırma elementləri (avtobus dayanacaqları, asfalta vurulan sürət məhdudlaşdırıcıları, zibil üçün qutu və konteynerlər), dayanacaq hasarları (siqnal konusları, su ilə doldurulan ayırıcı sipərlər, siqnal sütuncuqları, siqnal fənərləri və bir çox digər məhsul), görmə və eşitmə problemlərinə malik piyadalar üçün xüsusi vasitələrdir.
Biz üçüncü ildir ki, “Road & Traffic” sərgisində iştirak edirik və əvvəlki sərgilərlə müqayisədə, bu il biz ziyarətçilərə yuxarıda sadalanan məhsulların yeni variantlarını təklif edirik.