Avtobus dayanacaqlarında dayanan taksi və digər nəqliyyat vasitələrinin sürücüləri cərimə olunacaqlar.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bununla bağlı olaraq İnzibati Xətalar Məcəlləsinə əlavələr təklif olunur. Məcəlləyə edilən əlavəyə görə, qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirilərkən müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsi və düşürülməsi məsuliyyət yaradır və buna görə də 40 manatdan 50 manata qədər cərimə tətbiq ediləcək.
Marşrut avtobuslarının hərəkət cədvəli ilə sərnişin daşıyan digər nəqliyyat vasitələrinin sürücüləri də cərimələnəcəklər. Digər təklifə görə qeyri-müəyyən sərnişin daşımalarının müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə yerinə yetirilməsi məsuliyyət yaradır və buna görə 40 manatdan 50 manata qədər cərimə tətbiq olunur.
Ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu hala əsasən bölgələrdə rast gəlinir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 30-da müzakirəyə çıxarılacaq.