Guoying Kang, “Higer Bus Company LTD” şirkətinin marketinq üzrə meneceri
1998-ci ildə təsis edilmiş “Higer” şirkəti Çində nəhəng avtobus istehsalçılarından biridir və 2005-ci ildən etibarən, öz məhsullarını ixrac edir. Bizim avtobuslar Avropa, Amerika, Afrika, Asiya yollarında hərəkət edir və həm Rusiya, həm də MDB ölkələrində yaxşı tanınır. Şirkət keyfiyyət sahəsində bir sıra mükafatlarla təltif edilib və ildə 35000 ədəd böyük və orta kateqoriyalı, habelə 10000 ədəd kiçikqabaritli komplektləşdirilmiş avtobusların və hərəkət hissələrinin istehsal imkanına malikdir.
Şirkətin məhsul xətti bütün avtobus diapazonunu əhatə edir və 50-dən artıq kateqoriyada olmaqla, 300-dən çox adda məhsuldan ibarətdir. Bunların arasında 5-18 metrlik, 5 (mikroavtobuslar) – 150 (qarmonikalar) yerlik avtobuslar yer alır. Əsas üstünlüklərdən biri isə sərnişinlərin təhlükəsizliyidir. İsveçin “Scania” şirkəti ilə birgə istehsal barədə imzalanmış strateji saziş bu cəhətə xüsusi diqqətin sübutudur.
Şirkət Bakıda keçirilən bu sərgidə debüt edir. Çin avtobusları Azərbaycanda çox tanınmır. Biz öz brendimizi Azərbaycanın dövlət və özəl nəqliyyat şirkətlərinə göstərməli, avtobusların istehsalı və sonradan texniki xidmətini ehtiva edən öz xidmət spektrimizi təqdim etməliyik. Azərbaycan bizim üçün uğurlu satış bazarına çevrilə bilər və biz burada avtobus tədarük etməyə hazırıq.