Azərbaycanın beynəlxalq marağına layiqli göstərici
21 oktyabr 2024
0000
Xalid Musayev, “Canlı işıqfor” piyadalara yardım təşəbbüs qrupunun rəhbəri
Mənim üçün, uşaqlar və gənclər arasında yol hərəkəti qaydaları ilə bağlı maarifləndirmə ilə məşğul olan ictimai təşkilatın rəhbəri olaraq, "Yol İnfrastruktur və İctimai Nəqliyyat" sərgisi, Road&Traffic xüsusi maraq kəsb edir. Bu cür tədbir bizim sahə üçün mühüm və hədəf yönümlü bir əhəmiyyətə malikdir. Biz hər zaman bu sərgini təşkilatımızın üzvləri ilə birlikdə ziyarət edirik və sahədə baş verən yenilikləri öyrənirik.
Sərgidə hər zaman dünya səviyyəsindən gələn çoxsaylı xarici iştirakçıların və qonaqların olduğunu görmək mənə həmişə sevinc bəxş edir. Bu, Azərbaycana olan beynəlxalq marağın layiqli göstəricisidir. Belə bir tədbirin əsas amilləri yol avadanlıqları istehsalçıları, yol təhlükəsizliyi izləmə sistemləri, yeni yol tikinti texnologiyaları kimi aparıcı şirkətlərin sərgiyə dəvət edilməsidir. Sərgi, irəliləmək və infrastrukturu ən yüksək beynəlxalq standartlara uyğun qurmaq istəklərimizi vurğulayır. Biz bu sahədə həyata keçirilən layihələrin nəticələrini birbaşa görürük. Hal-hazırda həyata keçirilən ən böyük layihələrdən biri Qarabağ regionunun bərpa olunmasıdır. Qarabağda aparılan genişmiqyaslı yol tikintisi, şübhəsiz ki, hər kəsi təəccübləndirir! Əminəm ki, yaxın gələcəkdə “Road&Traffic” sərgisində təqdim olunan məhsul və xidmətləri artıq gündəlik həyatımızda, Azərbaycanın küçə və yollarında görə biləcəyik.