Yerli şirkətlərin böyüməsi ölkə inkişafının mühüm göstəricisidir

Yerli şirkətlərin böyüməsi ölkə inkişafının mühüm göstəricisidir

21 oktyabr 2023 0000

Yuri Starovoytov, DRUP “Minsk Regionu üzrə Dövlət Tikinti Ekspertizası”nın baş eksperti

- Təhlükəsizlik sahəsində ekspert olaraq məni Road&Traffic sərgisinə gətirən mühafizə, rabitə, təhlükəsizlik və yanğından mühafizə sistemləri ilə tanış olmaq istəyimdir

Mənim üçün ən maraqlı stendlərdən biri DAHUA TECHNOLOGY şirkətinin stendi oldu. Buranın məhsulları hələ Belarusda geniş şəkildə təmsil olunmur. Xüsusən də bu şirkətin simli və radiokanal təhlükəsizliyi və yanğından mühafizə sistemləri ilə tanış deyildim.

ZKTeco şirkətinin, bir sıra türk şirkətlərinin məhsullarına diqqət yetirdim. Həmçinin Azərbaycanın müxtəlif giriş və videomüşahidə sistemləri istehsal edən bir sıra yerli şirkətlərinin olması məni müsbət mənada çox təəccübləndirdi. Bu, ölkə inkişafının göstəricisidir.

Texnoloji tərəqqi daim irəliləməkdədir. Gələcək İT texnologiyalarına məxsusdur və Bakı sərgisi bu sahənin aparıcı tendensiyalarını əyani şəkildə nümayiş etdirdi. Mən sərgiləri hər bir şirkət üçün ən mühüm marketinq vasitəsi, malların bazara çıxarılmasında aparıcı qüvvə, öz mövqelərimizin və rəqiblərin imkanlarının müqayisəli təhlili və təcrübələri öyrənməkdə effektiv model hesab edirəm


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN