Sərginin təşkilini çox bəyəndim!

Sərginin təşkilini çox bəyəndim!

2 i̇yun 2022 0000

Dmitri Kopıtov, “CJ ICM Italia”-nın Satış və Əməliyyatlar üzrə Baş Menecer

Şirkətimiz öz təsdiqini tapmış keçmiş təcrübəyə və zəngin infrastruktura malik aparıcı qlobal logistik xidmət təminatçısıdır. Sərgiyə İtaliyadan Azərbaycana və ya başqa Avropa ölkələrindən Azərbaycana daşımaları həyata keçirə biləcək podratçılar tapmaq üçün gəlmişəm. Şirkətimiz həmçinin Neft və Qaz üçün əsas xidmət təminatçısıdır. Beləliklə, müştərilər tapmaq üçün neft-qaz və trans logistikanı birləşdirdim.

Bu gün burada bir çox “Made in Russia” şirkəti təmsil olunur. Onların çoxu mənə Rusiya sərgilərindən belə tanış deyil. Belə bir bolluq, əlbəttə ki, xoş təəccüb yaradır.

Sərginin təşkilini çox bəyəndim. Stendlərdə çoxlu məlumat tapdım. Məni mehriban heyət qarşıladı və qeydiyyatdan keçirdi. Ümid edirəm ki, bugünki iştirakım gələcəkdə biznesimizin təşviqi üçün faydalı olacaq.

Hesab edirəm ki, sərgilərin keçirilməsi xüsusilə pandemiyadan sonra bu sahənin inkişafına müsbət təsir göstərir. Pandemiya zamanı bir çox podratçılarla əlaqə kəsildi və məhz layihənin canlanması bizə həmkarlarımız və tərəfdaşlarımızla yaxınlaşmağa, ümumi dil tapmağa imkan verir.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN