Rəylər

Ramin Quluzadə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri - “Ölkəmizdə hər il keçirilən “Road&Traffic” sərgisinə maraq ildən-ilə artmaqdadır. İnanıram ki, ən son texnologiyaların və yeniliklərin nümayiş olunduğu bu ilki tədbirimiz də həmişə olduğu kimi, iştirakçılar arasında işgüzar əlaqələrin və ünsiyyətin qurulmasına, təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəkdir.”

 

Mais Ağayev, Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr və Təhsil şöbəsinin müdiri - “Bakı Nəqliyyat Agentliyi ikinci ildir ki, beynəlxalq “Road&Traffic” sərgisində iştirak edir. Sərgini maraqlı tərəflərlə əlaqələr qurmaq üçün səmərəli platforma hesab edirik.”

 

Anton Lepeş, “Machina-TST” şirkətinin kommersiya şöbəsinin müdiri - “Sərgidə iştirak etməkdə məqsədimiz təchizat üfüqlərini genişləndirmək, yol infrastrukturunun yaxşılaşdırılmasına böyük diqqət göstərilən regional bazarın ehtiyacları ilə tanış olmaq arzusudur. Biz hesab edirik ki, sərgi bazarın, eləcə də onun iştirakçılarının və tənzimləyici mexanizmlərinin başa düşülməsi və monitorinqi baxımından bizim üçün çox faydalıdır.”

TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN