Xəbərlər

Road & Traffic - Sərgilər bizə həmişə tərəfdaşlarla görüş sevinci bəxş edir!

Sərgilər bizə həmişə tərəfdaşlarla görüş sevinci bəxş edir!

05.06.2022

Xəbərlər

 

 

 

 

 

 

 

 

Nikita Konov, “Azərbaycan Dəmir Yolları” QSC-nin İnnovasiyaların Təhlili və Tətbiqi şöbəsinin Baş mütəxəssisi

 

- “Road&Traffic” sərgisində mənim ilk növbədə nəqliyyat və yol tikintisi sahəsində yeni materiallar, avadanlıq və texnologiyalar marağımı cəlb etdi. Mən innovativ texnologiyalar təklif edən xarici şirkətlərin nümayəndələri ilə bir sıra səmərəli görüşlər keçirməkdən çox məmnunam. Xüsusilə, Rusiya şirkətlərindən birinin stendində qatarları izləmək üçün kabellərə quraşdırılmış etiketlərlə maraqlandım. Düşünürəm ki, bu, yol hərəkətinin təhlükəsizliyi və gözlənilməz fövqəladə hallar zamanı  davranış qaydaları baxımından ən effektiv ideyalardan biridir.

Sərgilər bizə həmişə tərəfdaşlarla görüşmək sevinci bəxş edir. Beləliklə, “Road&Traffic” sərgisi sayəsində biz bir neçə il əvvəl  Belarus şirkəti ilə tanış olduq, onlarla əməkdaşlıq qurduq və indi də onun daha da genişləndirilməsi imkanlarını müzakirə edirik. 

Hesab edirəm ki, ixtisaslaşdırılmış sərgilərin keçirilməsi Azərbaycan iqtisadiyyatına layiqli töhfə verir və ölkəmizin elmi-texniki potensialının yaxşı nümayişidir, həm də bu xarici investorların və sahibkarların cəlb olunmasına müsbət təsir göstərir.