Xəbərlər

Road & Traffic - Sərgi çoxlu maraqlı ideya və təkliflərlə müsbət təəssüratlar yaratdı!

Sərgi çoxlu maraqlı ideya və təkliflərlə müsbət təəssüratlar yaratdı!

04.06.2022

Xəbərlər

 

 

 

 

 

 


Mövsüm Rəcəbov, Bakı Metropoliteninin Tikinti Departamentinin Rəis müavini


- Bakıda keçirilən sərgi ilə bağlı məlumatı televiziya reklamları vasitəsilə əldə etdim. Sənayemizdəki ən son yenilikləri öyrənmək üçün sərgini ziyarət etmək qərarına gəldim. Mənim vəzifəmdən də göründüyü kimi biz yeraltı tikinti işləri aparırıq. Bu, işimizi asanlaşdırmaq, daha səmərəli və təhlükəsiz etmək üçün daim yeni texnologiyaların, materialların və avadanlıqların axtarışını tələb edən çox mürəkkəb bir fəaliyyətdir. 


“Yol İnfrastrukturu və İctimai Nəqliyyat” sərgisi çoxsaylı maraqlı ideya və təkliflərlə diqqətləri özünə cəlb etdi. Mənim üçün ən maraqlısı sıxma gücünü göstərən alətlər və türk istehsalçılarına məxsus istifadəsi çox asan, dəyişdirilə bilən başlıqlı açarları idi. 


İtaliya şirkətinin tunellərin tikintisində yeraltı beton tədarükü ilə bağlı ideyası da mənim üçün olduqca maraqlı oldu. Bu texnologiya mürəkkəb relyef şəraitində, əl əməyindən istifadə etmədən kompozit materialların köməyi ilə betonu müxtəlif istiqamətlərdə paylamağa imkan verir. Hazırda bizdə belə alətlər və texnologiyalar yoxdur və düşünürəm ki, istehsalımızda onlardan istifadənin mümkün variantlarını nəzərdən keçirəcəyik.


Sərgilərin mühüm xüsusiyyətini qeyd etmək istərdim ki, burada şirkətlər arasında danışıqlar mütəxəssislər arasında dialoq şəklində aparılır. Mən onların nə təklif etdiyini başa düşürəm, onlar da mənim nəyə ehtiyacım olduğunu başa düşürlər. Qarşılıqlı anlaşma formalaşır, bu da gələcəkdə ən çox inteqrasiya və əməkdaşlıq üçün əsas yaradır.
Bəşəriyyət daim inkişaf edir, texnologiyalar təkmilləşir. Media və ya internet vasitəsilə yeniliklərlə ayaqlaşmaq həmişə mümkün olmur. Buna görə də, sərgi məhz innovasiyaların və pilot layihələrin nəinki tədqiq oluna biləcəyi, həm də onların tətbiqi və erkən həyata keçirilməsi imkanlarının müzakirə olunduğu məkandır.