Xəbərlər

Road & Traffic - Prezident yeni yolun təməlini qoyub - Foto

Prezident yeni yolun təməlini qoyub - Foto

16.03.2021

Xəbərlər

Prezident İlham Əliyev azad olunmuş ərazilərə səfəri çərçivəsində Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyub.

ABC.AZ-ın məlumatına görə, sözügedən yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək.

Yol Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir.

Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yolboyunca avtomobil körpüləri inşa ediləcək.