EN
RU
Şəxsi kabinet
10-cu Yubiley Xəzər Beynəlxalq
Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi

22 - 24 aprel 2020 Bakı Ekspo Mərkəzi
roadtraffic

Stendin rezervasiyası

Rəsmi kataloq

Sərgidə sponsorluq imkanları

Dəvətnaməni əldə edin
ROAD AND TRAFFIC - Bakı metrosunda yeni vaqonlardan ibarət iki tərkib xəttə buraxılıb
Media мərkəz » Xəbərlər

Bakı metrosunda yeni vaqonlardan ibarət iki tərkib xəttə buraxılıb
27.08.2019

Xəbərlər

"Bakı Metropoliteni" QSC Rusiyanın "Metrovaqonmaş” ASC-nin istehsalı olan 81-765.B / 766.B modelli iki vaqon tərkibini xəttə buraxıb.

"Metrovaqonmaş" ASC ilə bağlanmış müqavilə, 2019-cu il ərzində Bakı Metropoliteni tərəfindən dördüncü nəsil "81-765.Б/766.Б" modeldə 30 vaqonun satın alınmasını nəzərdə tutur. Bununla yanaşı, 10 vaqon iyulun 2-də xəttə buraxılıb. Daha 10 vaqon isə iyulda Azərbaycana gətirilib və burada müvafiq sazlama və sınaq işləri aparılıb. Qalan 10 vaqon avqustun sonuna qədər Azərbaycana gətiriləcək və sazlama, təmizləmə işləri və sınaqdan sonra, sentyabrda xəttə buraxılacaq”, - deyə Bakı metrosunun məlumatında bildirilir.

Metropolitenin məlumatına görə, bu müqavilə nəzərə alınmaqla, Bakı Metropoliteninin balansında 4-cü nəsil vaqonların ümumi sayı 55-ə çatacaq.



Tərəfdaşlar