EN
RU
Şəxsi kabinet
10-cu Yubiley Xəzər Beynəlxalq
Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi

22 - 24 aprel 2020 Bakı Ekspo Mərkəzi
roadtraffic

Stendin rezervasiyası

Rəsmi kataloq

Sərgidə sponsorluq imkanları

Dəvətnaməni əldə edin
ROAD AND TRAFFIC - “TransCaspian” və “Road & Traffic”: Xəzər regionunun mühüm sərgi tədbiri
Media мərkəz » Xəbərlər

“TransCaspian” və “Road & Traffic”: Xəzər regionunun mühüm sərgi tədbiri
13.06.2019

13 iyun tarixində Bakı Ekspo Mərkəzində 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian 2019” və 9-cu Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat “Road & Traffic 2019” sərgiləri öz işlərini yekunlaşdırdı. Hər iki tədbir nəqliyyat-loqistika xidmətləri, yol inşaatı və kommersiya təyinatlı nəqliyyat sahəsində peşəkar və sahibkarların böyük marağına səbəb olmaqla yanaşı, dünyanın ondan artıq ölkəsini təmsil edən yetmişdən çox şirkəti bir araya gətirdi.

Sərgi üzrə VIP-tur zamanı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və nəhəng xarici nəqliyyat şirkətlərinin rəhbərləri nəqliyyat sektorunun inkişafına, nəqliyyat sahəsində (sektorun inkişafını stimullaşdıran və ölkənin tranzit potensialını və nəqliyyat təhlükəsizliyini gücləndirən) nəhəng regional layihələrin həyata keçirilməsini yüksək qiymətləndirdilər.

Qeyd etmək lazımdır ki, sərgidə ənənəvi olaraq “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyi və digər dövlət nəqliyyat strukturları, eləcə də kommersiya şirkətləri iştirak edir. Xarici ziyarətçilərin arasında yer alan çoxsaylı mütəxəssislərin rəyinə əsasən, hər iki sərgi işgüzar görüşlər, tərəfdaşlıq əlaqələrinin qurulması və əvvəlki əlaqələrin yenilənməsi və gücləndirilməsi üçün effektli platformadır. Marketinq vasitələri içərisində “TransCaspian 2019” və “Road & Traffic 2019” sərgiləri şübhəsiz ki, bütövlükdə Xəzər regionu üçün vacib ixtisaslaşmış tədbirlərə çevrilib.

“Road & Traffic 2019” sərgisi Azərbaycanın yol infrastrukturu sahəsində yeganə ixtisaslaşmış tədbirdir. Bu il Azərbaycan, Almaniya, Çin, Rusiya, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətlər sərgidə yol, körpü və tunellərin layihələndirilməsi, inşası və mühafizəsi üçün silsilə məhsul və xidmətləri, yol-tunel inşası üzrə xidmətləri, yol təhlükəsizlik vasitələrini və bir sıra digər məhsul və xidmətləri təqdim edir. Təşkilatçılar yerli və xarici şirkətlərin nümayəndələrinin əməkdaşlıq və tərəfdaşlıq yollarını müzakirə etmək üçün bir-biri ilə görüşlər keçirdikləri “B2B” formatlı görüşlərin keçirilməsi üçün işgüzar platforma yaradıb.

“TransCaspian” sərgisi çərçivəsində “Transxəzər beynəlxalq nəqliyyat marşrutu” mövzusunda konfrans keçirilib. Forum iştirakçıları “İpək Yolunun bərpası və ölkələr arasında ticarət münasibətlərinin inkişafında onun əhəmiyyəti”, “ “Bir zolaq-bir yol” təşəbbüsü: inkişaf perspektivləri”, “Azərbaycanın yük-loqistika sahəsinin inkişaf strategiyası“ və “Potensial marşrutlar çərçivəsində yük daşımalarının optimallaşdırılması” mövzularını müzakirə ediblər.

Sərgilərin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.



Tərəfdaşlar