EN
RU
Şəxsi kabinet
10-cu Yubiley Xəzər Beynəlxalq
Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi

28 - 30 aprel 2021 Bakı Ekspo Mərkəzi
roadtraffic

Dəvətnaməni əldə edin

Sərgidə sponsorluq imkanları

Stendin rezervasiyası

Rəsmi kataloq
Səfərin təşkili » Otellər

RƏSMİ MEHMANXANALAR:


Hyatt Regency Baku

Hyatt Regency Baku şəhər mərkəzinə yaxın sakit bir məkanda yerləşən premium 5 ulduzlu oteldir. Biz, etibarlı keyfiyyət, isti qonaqpərvərlik, yüksək səviyyəli xidmət, geniş idman mərkəzi, müxtəlif növ tədbir və konfrans zallarımızla, biznes və istirahət üçün ən əlverişli seçimik.
 

Rezervasiya üçün əlaqə saxlayın:

Tel:
Ünvan:
E-Mail:
WWW:
+994 12 490 1234
İzmir küçəsi 6, Bakı, AZ1065, Azərbaycan
baku.hotels@hyatt.com
www.hyatt.com

 

Amber Hotel

Şəhərin mərkəzində yerləşir, ticarət mərkəzlərinə və tarixi turistik yer olan İçəri şəhərə yaxınlığı ilə yanaşı, gülərüz personal, yüksək səviyyədə xidməti ilə qonaqların diqqətini çəkən 22 otaqlı- 4 ulduz oteldir. Otelin 24 saat faəliyyət göstərən, Avropa və milli mətbəxli yeməkləri ilə zəngin olan, canlı musiqi ilə qonaqların istirahətini xoş edən restoranı, həmçinin geniş, konfortlu və təmiz otaqları vardır. Otaqlar ailəvi və gənclər üçün nəzərdə tutulan mərtəbələr üzrə siqaret çəkilən, çəkilməyən olaraq bölünməkdədir. Hər bir otaq yüksək texnologiyalı isitmə və soyutma sistemi ilə, televizor, mini-bar, seyf və WI-FI ilə təchiz olunmuşdur. Biz sizə söz yox, əsl xidmət veririk. Qonaqlarımızın məmnuniyyəti bizim uğurumuzdur.


Austin Hotel

Austin Boutique Hotel, şəhərin mərkəzində, Fəvvarələr Meydanı, Malakan Bağı və Bulvar kimi ərazi, İçəri Şəhər və Qız Qalası kimi abidələrin yaxınlığında yerləşir. Otel, ikinəfərlik və iki birnəfrlik yataqlı 31 geniş və gözəl dizayn edilmiş otaqların mükəmməl bir kolleksiyası təklif edir. Qonaqlara seçim olaraq STANDARD, DELUXE, EXECUTIVE və SULTAN otaq növləri təklif olunur. Demək olar ki, bütün otaqlarda balkon və təəssüratlı şəhər mənzərələri var. Bizim mehmanxana müasir 4 ulduzlu oteldən gözlənilən rahatlıq və imkanlara cavab verdiyi üçün, həm işgüzar səyahətçilər, həm turistlər üçün əlverişlidir.


Bosfor Hotel

Bakı şəhərində öz vaxtıni və sağlamlığını düşünən yaxşı və rahat istirahət, biznesətrafı mühit axtaran insanlar üçün “Bosfot otel” ən yaxşı seçimdir. “Bosfot otel” öz qonaqları üçün yüksək səviyyəli xidmət və mükəmməl mətbəx təklif edir. Heydər Əliyev adına Beynəlxalq hava limanının 20 kilometrliyində və şəhər mərkəzinin cəmi ber neçə dəqiqəliyində yerləşən “Bosfor otel” öz qeyri-adi memarlıq üslubu ilə fərqlənir, qonaqları şəhər mühitinin gürultusundan uzaqlaşdırır.


City Mansion Hotel

“City Mansion” hotel kompleksi “Keppel Group” (Sinqapur Respublikası) daxil olan FELS Baku Ltd. kompaniyasına məxsusdur. City Mansion 45 otaqlı 4 mərtəbəli binadan, Restoran, Karaoke barı və Sağlamlıq Mərkəzindən (Örtülü Hovuz, Sauna/cakuzi, Trenajor zalı, Oyun zalı və Bilyard zalı) ibarətdir. Apartamentlərdə tam təchiz olunmuş mətbəx vardır. City Mansion qonaqlara qısa, orta və uzun müddətli yüksək keyfiyyətli hotel xidməti göstərir. Hotel şəhər mərkəzindən 10 dəqiqəlik məsafədə sakit və mühafizə olunan ərazidə yerləşir.


Emerald hotel

Əziz vətəndaşlarımız və paytaxtımızın qonaqları. Sizin lüks və elit istirahətiniz üçün sizə dörd ulduzlu "Emerald" oteli təklif edirik. Qonaqlarımıza 71 geniş otaq təklif olunur: 18 otaq - Standart, 46 otaq - Superior, 4 otaq - Executive Lux və 3 otaq - Junior Suite. Hər bir otaqda rəqəmsal televiziya sistemi, simsiz Wi-Fi internet xidməti, seyf, mini bar və kondisioner sistemi mövcuddur. Fitness mərkəzi aktiv həyat tərzi sevənləri üçün əsl cənnətdir. Biz sizə müasir qapalı hovuz, sauna, hamam təklif edirik.Otelimizdə 40 nəfərlik konfrans zalı da sizin xidmətinizdədir. Restoranımız tədbirlər və banketlərin keçirilməsi üçün son dəb Milli ,Avropa və Türk mətbəxləri ilə təchiz olunmuşdur. Qonaqpərvər və məsuliyyətli personal ən yüksək xidmət səviyyəsini təmin edərək sizi evinizdəki kimi hiss etdirəcək.


Grand Hotel Europe

Bu 5 ulduzlu otel 1997-ci ildən bəri fəaliyyət göstərən otel kimi Bakı şəhərinin simvollarından biridir. Grand Hotel Europe Baku H.Əliyev adına Əl oyunları İdman sarayının yaxınlığında, ölkənin hökumət idarələrindən və iş yerlərindən çox qısa məsafədə yerləşir. Fəvvarələr meydanı və Qədim şəhər otelden 2 km aralıqdadır. Otel 74 geniş və elegant nömrələr təqdim edir. Geniş və işıqlı otaqların böyük qisminin şəhərin mərkəzinə və Xəzər dənizinə mənzərəsi var. Qonaqlarımız açıq bufeti olan soyuq və isti yeməklərdən dada, “Caviar” restoranında Azərbaycan və Beynəlxalq mətbəx seçimlərindən həzz ala bilərlər. Həzin musiqili “Coffee Corner” da müxtəlif çeşiddə kofe, çay və sərinlədici içkilər içərək və eləcə də, “Caspian Bar” da iki çox izlənən futbol kanalını -LİG TV, TURKEY SUPER LİG və İngilis Primer Ligasını izləyərək dincələ bilərlər. Otelimiz “Olympus” spa salonu və fitnes mərkəzi, açıq və bağlı hovuz, bərbərxana və masaj salonu, buxar kabinəsi, Tunnel və “1033” gecə klublarına ödənişsiz giriş və 2 konfrans zalı qonaqların xidmətindədir.


Grand Hotel

Grand Hotel Bakının mərkəzində, Köhnə Şəhərdən 10 dəqiqəlik məsafədə yerləşir. Otel Azərbaycan Dram Teatrına yaxın və Xəzər dənizinin sahilindən 3 km məsafədədir. Bütün geniş və müasir, kondisionerli otaqlar şərq üslubunda isti rənglərlə bəzədilib. Hər otaqda düz ekranlı televizor və minibar var. Otelin restoranı bufet səhər yeməyi və beynəlxalq yeməklər təqdim edir. 24 saatlıq bar yerli və idxal olunan şərablar da daxil olmaqla müxtəlif içkilərə xidmət edir. Hotel Grand, Nizami metro stansiyasından 5 dəqiqəlik məsafədədir. Mərkəzi Park oteldən 100 metr məsafədə, binanın arxasında, Qış Parkı isə 800 metr məsafədədir. Heydər Əliyev Beynəlxalq Aeroportu 24 km məsafədədir.


Marxal Resort & Spa Hotel

Azərbaycanın ən yaxşı otellərindən biri Marxal Resort & Spa doğma ev füsunkarlığı ilə 5 ulduzlu məkanın lüksu və rahatlığını özündə birləşdirir. İçəri addımladığınız ilk andan etibarən bura Sizi özü ilə uzaqlara aparır. Geniş qarşılama ərazisi Sizə xoş salamlama, sakitləşdirici və möhtəşəm mühit təqdim edir. Bu mehmanxana qüsursuz qonaqsevərliyi ilə Sizə istirahətiniz boyunca öz evinizdə olduğunuz kimi əziz qonaq hissini verəcək. Marxal Resort & Spa Kompleksi Şəkinin dağlarla əhatə olunmuş sirli guşəsində, dəniz səviyyəsindən 1080 m. yüksəklikdə yerləşir. Otelin coğrafi mövqeyi onu təkrarolunmaz və xüsusi edir. Mehmanxana Şəki Şəhər mərkəzindən 6 km., Şəki Dəmiryol Vağzalından 14 km., Qəbələ Hava limanından 105 km., Bakı Beynəlxalq Hava limanından 324 km. məsafədə yerləşir. Şəki Azərbaycanın ən qədim şəhərlərindən biri və abidələr qoruğudur.


New Baku Hotel

New Baku Otel Rusiya Federasiyası, Türkiyə Respublikası və Amerika Birləşmiş Ştatları səfirliklərinin yaxınlığında, Bakının mərkəzində yerləşir. Heydər Əliyev Beynəlxalq Hava Limanından otelə gəlmək 25 dəqiqə çəkir. İşgüzar və tətil məqsədi ilə səyahət edənlər yüksək səviyyədə xidmət və gülərüzlü mehriban işçi heyəti ilə tanış olacaqlar ki, bu da onları özlərini evdəki kimi hiss etdirəcəkdir. Otelimizdə 54 rahat otaq var. Bütün otaqlarda kondisioner, saç kurutma maşını, peyk televiziyası, vanna otağı, Wi-Fi internet, mini bar və rəqəmsal seyf qutusu var. New Baku oteli işgüzar və asudə vaxt üçün Bakıya səfər edənlər üçün dörd ulduzlu dəbdəbəli oteldir. Bakı şəhərinin mərkəzində Akademik Həsən Əliyev küçəsində əla yerləşmiş New Baku oteli Bakı Beynəlxalq hava limanı, əsas bazarlıq əraziləri və Bakının əsas ticarət ofisləri ilə tez əlaqə yaratmağa imkan verir.


Park Inn by Radisson

Park Inn by Radisson oteli Xəzər Dənizi limanina və tarixi İçərişəhərə baxır. Otel Bakı şəhərinin tam mərkəzində görməli və Park bulvar kimi əyləncə ərazilərinə yaxın yerləşir.Əsas muzeylər və teatrlar otelə yeriş məsafəsindədir. Bu mərkəzi otel fitness zalı, bar və restoran, tam təchizatli full ekran televizorlu eleqant otaqlar təklif edir. Otelin bütün ərazisində pulsuz Wi-Fi da mövcuddur. Park Inn by Radisson-da qalaraq hər səhər qonaqlarımız tərəfindən də bəyənilən “smart buffet breakfast” adlandırdığımız açıq-buffet səhər yeməyindən zövq ala bilərsiniz.


Ramada Hotel & Suites Baku

Şəhərin mərkəzində olan, Hotel "Ramada Hotel & Suites Baku", Heydər Əliyev adına Beynəlxalq Hava Limanına 12 km və sərgi mərkəzi, Bakı EXPO-dan, 10 km məsafəsində yerləşir. Otel məxsusi memarlıq planı, müasir dekorasiyası, texniki imkanları və yaxşı yetişdirilmiş işçi heyəti ilə beynəlxalq otel standartlarına cavab verən xidmətlər təklif edir. Hotel 20 Standart Otaq, 18 Superior, 25 Junior Suite, 9 Suite, 4 duplex otaqlar və məhdud məsuliyyətli olan şəxslər üçün 1 otaq, olmaq üzrə 77 ədəd əla dekor edilmiş otaqlardan, ibarətdir. Konfrans zalı, spa mərkəzi, “Şamdan” “a la carte” restoranı müştərilərin bütün zəruri xidmətlərlə təmin edəcek şəkilde dizayn edilmişdir.


Renaissance Palace Baku

Renaissance Palace Baku xüsusi imtiyazlar, geniş otaq rahatlığı təmin edən və biznes səyahətçilərinin tələblərini hərtərəfli olaraq qarşılayan Renaissance nömrəsi ilə birlikdə 60 zövqlə işlənmiş lüks otaqlar təklif edir. Bu möhtəşəm dekorasiyalı otaqlar fərqli və geniş Avropa üslubuna malik olaraq, hər biri böyük və ya iki nəfərlik yataq və tək və ya iki nəfərlik divanla təmin olunmuşdur. Bütün otaqlar fərdi şəkildə idarə olunan kondisioner, yüksək sürətli internetə çıxış, beynəlxalq kanallı kabel TV, divan və minibarla təchiz edilmişdir. Axşam yataq hazırlığı həyata keçirilir. Sizi Renaissance Palace Baku-da səbirsizliklə gözləyirik.


Riviera Hotel

Riviera Mehmanxanası Bakının mərkəzində, Xəzər dəniz limanının yaxınlığında, əsas alış –veriş mərkəzlərinə və ticarət ofislərinə 10 dəqiqə uzaqlıqda yerləşir. Mehmanxana qonaqlara 20 otaq təqdim edir. Gozel deniz menzereli restoran. Konfrans zal movcuddur. Siqaretçəkənlər üçün otaqlar ancaq sorğu ilə təqdim olunur. Bütün otaqlar da:

  • Seyf və fen
  • İndividual havalandırma sistemi
  • Rahat iş masası
  • Birbaşa telefon xətti
  • Cox kanallı plazma TV
  • Yüksək sürətli simsiz İnternet xətti
  • Mini bar
  • 24 saat otaq xidməti
  • Axşam servisi

Royal Garden Hotel

Otelimiz çox əlverişli bir yerləşməyə sahibdir, mərkəzə cəmi 5 dəqiqəlik məsafədə olmaqla yanaşı, 5 metro stansiyasına və böyük ticarət mərkəzlərinə yaxındır. 182 otaq, 3 restoran və açıq hovuzdan ibarət 4 ulduzlu bir otelik. "Beluqa Lounge" canlı musiqidən həzz ala biləcəyiniz və ləzzətli təamlardan dad ala biləcəyiniz rahat bir yerdir. "Beluqa Poolside" yay axşamlarını keçirə biləcəyiniz açıq bir restorandır. "Qril restoranı" istənilən növ tədbir təşkil edə və xüsusi günlərinizi keçirə biləcəyiniz bir məkandır. Otelimiz 8 otaq kateqoriyasına malikdir:

  • Single room
  • Double room
  • Twin room
  • Deluxe room
  • Junior Suit
  • Executive suit
  • Executive connection room
  • Presidential Suit
Səhər yeməyi qiymətlərə daxildir. Hər birinizi otelimizdə görməkdən məmnun qalacayıq.

Staybridge Suites Baku

Staybridge Suites Baku Hotel-i şəhərin mərkəzində, ən yaxşı restoranlara, ticarət və biznes mərkəzlərinə yaxın, Xəzər dənizinin sahilinə bir neçə dəqiqəlik məsafədə yerləşir. Bakı Mərkəzi Dəmiryol Vağzalı və 28 Mall oteldən piyada, cəmi 2 dəqiqəlik məsafədədir. Staybridge Suites Baku seçməklə, orijinal Bakı şəhəri ilə tanış ola bilərsiniz. Heydər Əliyev Beynəlxalq Aeroportu 19 km məsafədədir və hava limanından şəhər mərkəzinə birbaşa və dayanmadan işləyən rahat transfer avtobusları otelin qarşısında dayanır. Staybridge Suites Baku həm uzun, həm qısa səfərlər üçün, həm də iş və istirahət səfərləri üçün ideal uyğundur.


Supreme Hotel

Modern üslubda dizayn edilmiş Supreme Otel 2019 - cu ilin iyun ayından etibarən fəaliyyət göstərir. Bakının işgüzar mərkəzlərinin yaxınlığında yerləşən Supreme Oteldən biznes, ticarət və əyləncə mərkəzlərinə asanlıqla getmək mümkündür. Koroglu metrosuna – 5 deq Şəhər Mərkəzinə 15 dəqiqə,Heydər Əliyev Beynəlxalq Hava Limanı Və Baku Expo Centere isə otelə sadəcə 10 dəqiqəlik məsafədədir. Xİdmətlərimiz :

  • Yuksək surətli internet
  • Fərdi olaraq idarə edilən hava kondisioneri
  • Otaq elektron seyfi
  • 24 saat nömrələrə xidmət
  • Ərzaqla tam təhciz olunmuş mini-bar
  • Çay və qəhvə
  • Tələb üzrə ütü və ütü masası
  • Hamam ləvazimatları ilə tam təhciz olunmuş vanna otağı
  • Fen
  • Fitness
  • Masaj

 


The Crown Hotel

THE CROWN HOTEL, lüks beş ulduzlu oteldə gözlənilən hər cür ənənəvi rahatlığı birlikdə ən yeni texnologiyanın özünəməxsus qarışığı ilə qarşılayır. THE CROWN HOTEL həm də işgüzar səyahətçi və ya Bakının ləzzətlərindən zövq almağa gələn qonaq üçün, şəhərin mərkəzində, Bayıldakı rahat yerindən çox gözəl qonaqlıqlar. Qonaq otağı haqqında məlumat: 122 De Luxe Qonaq otağı, 6 mərtəbədəki otaqlar, Deluxe Mənzillər 2 otaqlı, mətbəx və qismən eyvan. 2 əlaqə otağı. 3 yataqlı ailəli otaqlar. Siqaret çəkməyən otaqlar. (Otel Fitness Club və Sauna bütün otel qonaqları üçün bir-birini tamamlayır).


Opera Otel

Opera Otel Bakının mərkəzindən sadəcə 15 dəqiqəlik məsafədə yerləşən biznes butik oteldir və Milli Hava Limanından 20 km uzaqlıqda yerləşir. Otel heyəti yüksək keyfiyyətli xidmətlə otelin statusunu qoruyub saxlayır və müntəzəm olaraq professional səviyyələrinin artırılması üçün çalışırlar.Opera Otel bütün yeni standartlara cavab verən, klassik eleqantlıq və modern komfort arayan hər kəs üçün ən doğru seçimdir. 4 mərtəbə və 28 otaqdan ibarət olan otelimiz həmçinin Spa,Türk hamamı, fitnes klub, konfrans zal və iki restorana da malikdir. Avropa üslubunda dizayn edilmiş otaqlar mini bar, telefon, 800 kanala malik olan LCD televizor, yüksək sürətli internet,duş kabinəsi, komfortlu mebel, fen, elektron kilidli təhlükəsiz depozit qutusu, kondisioner və ventilyasiya ilə təmin olunmuşdur.


Divan Express Hotel

Azərbaycanın yeni görkəmini ifadə edən bir parlaq şüşə fasad ilə, Divan Express Bakı biznes və istirahət məqsədilə səyahətə gələnlər üçün nəzərə tutulmuş rahatlığı, mükəmməl xidməti və münasib qiyməti birləşdirən təklifi edir. Otel “ İki dövlət – bir xalq” kimi millətin qurucusu Heydər Əliyev tərəfindən açıqlanan Türkiyənin Azərbaycandakı qonaqpərvərliyi öhdəliyinin Divan marka standartlarını dəstəkləyir.

  • Divan otel zənciri – Azərbaycanda ilk türk markası
  • 62 otaq, 9-u lüks olmaqla, panoramik görüntü ilə şəhərə açılır
  • Tam təhcizatlı “Möminə Xatun” konfrans zalı
  • “Zümrüd” restoranı və “5 Hundred” disko barı  
  • Yüksək sürətli xəttsiz internet
  • 24 saat otağa xidmət
  • Dayanacaq xidməti
  • Gənclik və Nərimanov metrolarından 3 dəqiqə yol məsafəsində
  • “Metropark” və “Gənclik” ticarət əyləncə mərkəzlərindən 5 dəqiqə yol məsafəsində
  • Heydər Əliyev Hava Limanından tıxacsız 15 dəqiqəlik məsafə
  • Expo Mərkəzindən 14 km məsafədə
  • Shuttle mümkündür Expo Mərkəzinə gəzinti ilə


Tərəfdaşlar